Son dəqiqə

Ukrayna Dehli Volodimir Zelenski Hindistan siyasət Ukrayna münaqişəsi və sülh danışıqları Rusiya-Ukrayna müharibəsi və NATO Hindistanın diplomatik və hərbi tədbirləri Rusiya Ukrayna danışıqları

Kiyev Zelenskinin Hindistana səfəri üçün Yeni Dehli ilə danışıqlar aparır

BAKI, TurkicWorld, Səməd Əyyubov

Kiyev Ukrayna prezidenti Volodimir Zelenskinin Hindistana səfərinin təşkili və tarixlərin razılaşdırılması istiqamətində Yeni Dehli ilə danışıqları davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk ANI agentliyinə açıqlama verib.

Diplomatın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi daha əvvəl Zelenskini Hindistana dəvət edib.

“Tərəflər bu səfərin üzərində işləyirlər. Biz gözləyirik ki, Zelenski mütləq Hindistana gələcək. Bu, ikitərəfli münasibətlərimiz üçün böyük nailiyyət olacaq”, – deyə Polişuk vurğulayıb.

O, əlavə edib ki, hazırda səfərin dəqiq tarixi ilə bağlı razılaşma aparılır.

Qeyd edək ki, avqustun 11-də Modi və Zelenski telefon danışığı zamanı sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər