Son dəqiqə

Türkiyə ABŞ Rusiya F-35 qırıcısı Türkiyə pilotsuz döyüş təyyarəsi Türkiyə ABŞ diplomatik əlaqələr

ABŞ-ın Türkiyəyə F-35 satışını dayandırma səbəbi məlum olub

BAKI, TurkicWorld

F-35-lərin Türkiyəyə çatdırılmasına mən mane oldum.

TurkicWorld xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş Türkiyəyə satılmış F-35 döyüş təyyarələrinin təhvil verilməsinə şəxsi təşəbbüsü ilə əngəl törətdiyini açıq şəkildə etiraf edib.

9 iyul tarixində keçirilən məhkəmə dinləməsində çıxış edən senator Riş, “Bu məsələyə şəxsən mən mane olmuşam və çoxsaylı səbəblərə görə bu blokadanı davam etdirəcəyəm” - deyə o bildirib.

ABŞ-ın Yunanıstandakı yeni səfiri vəzifəsinə namizəd göstərilən Kimberli Quilfoyl isə bu mövqeyi müdafiə edib və Türkiyənin Rusiyadan silah almaqla müəyyən seçim etdiyini iddia edib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 100 ədəd F-35 qırıcı təyyarəsi almaq üçün müqavilə imzalamış və artıq 6 ədəd təyyarə hazırlandıqdan sonra proqramdan çıxarılmışdı. Bu qərar Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına cavab olaraq verilmişdi.

Mövzuya görə xəbərlər