Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib - FAO-nun baş direktoru

Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib - FAO-nun baş direktoru

Bakı. TurkicWorld:

Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib.

TurkicWorld-un məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

"Kənd təsərrüfatı sektorunda rəqəmsallaşma üzrə islahatların keçirilməsinə görə Azərbaycana təşəkkür etmək istəyirəm", - deyə o bildirib.

Onun sözlərinə görə, FAO-nun əsas fəaliyyəti kənd təsərrüfatının rəqəmsallaşması və innovasiyaların tətbiqindən ibarətdir.

"Bu gün FAO-nun gündəliyində rəqəmsal məlumatlara ödənişsiz çıxış imkanları, virtual təhsil və rəqəmsal savadlılığın təmin olunması məsələləri yer alır", - Qu Donqyu deyib.