Bakı. TurkicWorld:
ABŞ prezidenti administrasiyası hesab edir ki, F-16 qırıcı təyyarələrinin Türkiyəyə potensial satışı milli təhlükəsizlik maraqlarına uyğundur.
TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən "Reuters" agentliyi xəbər verir.
Məlumata əsasən, ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri "bölgədə zərərli təsirlərə qarşı mühüm maneə" kimi tanınır. Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizlik ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri ilə də dəstəklənir.