Türkiyənin müdafiə naziri ABŞ, Fransa və Britaniyadan olan həmkarları ilə görüşlər keçirib (FOTO)

Türkiyənin müdafiə naziri ABŞ, Fransa və Britaniyadan olan həmkarları ilə görüşlər keçirib (FOTO)

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir sıra ikitərəfli görüşlər keçirib.

Bu barədə TurkicWorld Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, H.Akar ABŞ, Böyük Britaniya və Fransadan olan həmkarları Lloyd Ostin, Ben Uolles və Florans Parli ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusən də Ukraynadakı son hadisələr müzakirə olunub.