Son dəqiqə

Azərbaycan gimnastika

Azərbaycan gimnastları dünya çempionatında daha bir bürünc medal qazanıb (FOTO)

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklər arasında temp hərəkətlər proqramında bürünc medala layiq görülüblər.

TurkicWorld-un məlumatına görə, cütlük 27,500 xal toplayıb.

ABŞ gimnastları Brayden MakDuqall və Anxel Feliks 28,180 xal yığaraq dünya çempionu olub. Qazaxıstan gimnastları Vadim Şulyar və Daniel Dil 28,030 xalla gümüş medal qazanıblar.

Xatırladaq ki, Daniel Abbasov və Murad Rəfiyev ötən gün ümumi proqramda da bürünc medala layiq görülmüşdülər.

Mövzuya görə xəbərlər