Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsi Türk Qızılay Cəmiyyəti

Türkiyənin göndərdiyi humanitar yardım Ukrayna sərhədinə çatıb

Türkiyənin Ukrayanaya göndərdiyi humanitar yardım sərhədinə çatıb, TurkicWorld-un məlumatına görə, bu haqqda Türkiyə Qızıl Aypara Cəmiyyətinin bəyanatında deyilir. Məlumata əsasən, Türkiyə Qızıl Aypara cəmiyyəti humanitar yardım kimi Ukraynaya çadırlar, təcili yardım və gigiyena ləvazimatı, ərzaq olmaqla beş tır humanitar yardım göndərib.

Qeyd olunur ki, Qızıl Aypara Cəmiyyəti bölgədə Qırmızı Xaç ilə koordinasiyalı şəkildə fəaliyyət gösərir.

Məlumat üçün bildirək ki , bu il fevral ayının 24-ü Rusiya Ukrayna hərbi müdaxilə edib.

Onu da qedy edək ki, hal hazırda Ukraynada ciddi humanitar böhran yaşanır. Azərbaycan Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərib.

Mövzuya görə xəbərlər