Son dəqiqə

Rufiz Hafizoğlu

Hizbullah zəifləyir, Suriya müxalifəti aktivləşir- Rufiz Hafizoğlu

Bakı, TurkicWorld

İranın “İslam Müqaviməti” adı altında dəstəkkədiyi Livan Hizbullahının İsrail ilə müharibədə zəifləməsi, Suriyada silahlı müxalifəti aktivləşdirib.

TurkicWorld xəbər verir ki, bunu ArabAZ-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, siyai şərhçi Rufiz Hafizoğlu deyib.

“ İsrailin peyjer əməliyyatları ilə başlatdığı və Livana hərbi müdaxilə ilə nəticələnən əməliyyatlar Hizbullah qruplaşmasını olduqca zəiflədib. Bu Hizbullahın tam məjvi olmasa da heç şübhəsiz ümumi gücünə təsir edir”-deyə o bildirib.

Hafizoğlu hesab edir ki, son günlər Hələbdə Əsəd rejimi ilə müxalif silahlı qruplaşmaılar arasında olan toqquşma bunun söyləməyə əsas verir.

“Bilindiyi kimi Suriyada Əsəd rejimini sadəcə İranın dəstəklədiyi Hizbullah deyil, eyni zamanda müxtəlif radikal silahlı şiə birlikləri də quruyur. Bunların içində Əfqanıstandan gətirilən silahlı birliklərlə yanaşı, İraqdan da olan şiə silahlı qruplaşmalar mövcüdür. Lakin bu qruplaşmalar arasınsa ən elit qruplaşma hesab ediləni isə Hizbullahdır və məhz bu qruplaşma Əsədin hakimiyyətdə qalmasında əvəzsiz rol oynayıb”-deyə o bildirib.

Hafizoğlu onu da qeyd edib ki, “Təhrir əş-Şam” qüvvələri və “Əl-Fəth əl-Mubin ” qruplaşmaları ölkənin şimal-qərbində yerləşən Hələb əyalətində Suriya ordusunun nəzarətində olan 10 qəsəbə və kəndi nəzarətə götürüb.

Mövzuya görə xəbərlər