Son dəqiqə

Mübariz Göyüşlü

Azərbaycan, Türk Dövlətləri Təşkilatının formalaşmasında fəal mövqe tutur - Mübariz Göyüşlü

Bakı, TurkicWorld

Azərbaycan, Türk Dövlətləri Təşkilatının formalaşmasında və qurulmasında çox fəal mövqe tutur.

Bu sözləri TurkicWorld -ə açıqlamasında, Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə , son illərdə Azərbaycan Mərkəzi Asiya, Türk ölkələri və Türküstan bölgəsi ilə əlaqələrini sürətli şəkildə inkişaf etdirib və bu çox təqdirəlayiq bir hadisədir.

“Türk dövlətləri təşkilatı dünyada artan bir gücə malikdir. Bu Təşkilat yeni bir güc mərkəzi kimi çıxış edə bilər, lakin bunun üçün hələ də görüləcək çox iş var. Əgər bu proses sürətlə və daha da irəliləyərsə, regional və qlobal problemlərin həllinə çox mühüm töhfələr verə bilər“ deyə Göyüşlü vurğulayıb.

O , Türk Dövlətləri Təşkilatına üzv olan bir sıra ölkələrin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və həmçinin Macarıstanın – regional və qlobal problemlərin həllində fəal şəkildə iştirak edərək, mühüm rol oynadığını bildirib.

“Təsəvvür edək ki, bu ölkələrin gücü birləşərək daha güclü bir potensial ortaya qoyur və bu potensial qlobal problemlərin həllində bir güc mərkəzi kimi çıxış edir.
Eyni zamanda, Azərbaycanın bu proseslərdə rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türk Dövlətləri Təşkilatının formalaşmasında və qurulmasında çox fəal mövqe tutur. Son illərdə isə Azərbaycanın Mərkəzi Asiya, Türk ölkələri və Türküstan bölgəsi ilə əlaqələrinin sürətlə inkişaf etdiyini müşahidə edirik ki, bu da çox təqdirəlayiq bir hadisədir“ - deyə bildirib.

Eyni zamanda Göyüşlü , bu prosesdə mühüm amil kimi Prezident Ilham Əliyevin rolunu da xüsusi qiymətləndirib.

“Hesab edirəm ki, Azərbaycanın bu cür aktiv fəaliyyəti həm ölkəmizin artan nüfuzunun, həm də ona olan hörmətin göstəricisidir. Bu, əsasən də liderimiz İlham Əliyevin uzaqgörənliyi və dövlətçilik mövqeyinin, eləcə də geosiyasi davranışlarının bir əksidir. Onun güclü bir siyasi lider kimi qəbul olunması da bunun bir təzahürüdür.
Bütün bu amillər bir-birinə bağlı şəkildə Türk Dövlətləri Təşkilatının güclənməsinə töhfə verir. Mən bu toplantıya böyük ümid bəsləyirəm, çünki biz hər görüşdə çox önəmli qərarların qəbul edildiyini müşahidə edirik. Düşünürəm ki, bu toplantıda da türk dövlət başçıları bütün Türk dünyası, ölkələrimiz, xalqlarımız və xüsusən də bəşəriyyət üçün əhəmiyyətli qərarlar qəbul edərək önəmli addımlar ata biləcəklər“ - deyə Göyüşlü sonda qeyd edib.

Mövzuya görə xəbərlər