Son dəqiqə

Mübariz Göyüşlü

İkinci Qarabağ müharibəsi sayəsində biz növbəti dəfə tarix yazmış xalq olduq-Mübariz Göyüşlü

Bakı, TurkicWorld /Naile Babazade

27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi sayəsində biz növbəti dəfə tarix yazmış xalq olduq.

Bu sözləri TurkicWorldaçıqlamasında, Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə İkinci Qarabağ müharibəsi 100 illik erməni problemini həll etmiş oldu.

“Əvvəla bütün Azərbaycanın ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda şəhid olan İkinci Qarabağ müharibəsi və döyüşlərdə həlak olan bütün şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə can sağlığı arzu edirəm.Biz 27 sentyabrda məhz onların sayəsində bir xalq olaraq dəmir yumruq kimi birləşdik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 30 illik hətta 100 illik erməni problemini həll etmiş olduq. 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi sayəsində biz növbəti dəfə tarix yazmış xalq olduq. Azərbaycan növbəti dəfə dünya xalqları arasında öz imzasını məhz 44 günlük müharibədə atdı”,- deyə Göyüşlü vurğulayıb.

O, ədalətsizliyə Azərbaycan xalqının məhz özünün son qoyduğunu bildirib.

“Ədalətsizliyə özümüz son qoyduq. BMT təhlükəsizlik şurasının da bu istiqamətdə qərarları var idi ki, heç biri icra olunmurdu.Biz özümüz bu məsələləri bitirdik.Biz sübut etdik ki, Azərbaycan dövləti ilə diktə dilində, ultimativ formada danışmaq olmaz. Heç kimsə Azərbaycan xalqının torpaqlarını işğal edəbilməz və işğal prosesini uzun müddətli davam etdirə, Azərbaycan xalqına qəbul etdirə bilməz.Biz güclü liderin Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu məsələləri gerçəkləşdirdik və dünyaya sübut etdik”,- deyə bildirib.

Eyni zamanda Göyüşlü 1991- ci il hadisələrinədə toxunub.

“Hesab edirəm ki, Azərbaycan Respublikası 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsi ilə özünün yenidən doğuluşuna imza atmış oldu. Bəli, biz 1991-ci ildə müstəqillik qazanmışdıq amma bu müstəqillik yarımçıq idi.Torpaqlarımız işğal olunmuşdu və işğal olunmağa davam edirdi.. Çox böyük çətinliklərimiz var idi. 2020-ci ildə ərazi bütövlüyümüz tam oldu və 2023- cü ildə bu məsələlərə tamamilə nöqtə qoyuldu.Hətta cənab Prezidentimizin dediyi kimi nida işarəsi qoyuldu. Azərbaycan dövləti bundan sonrada möhtəşəm fəaliyyətini və növbəti töhfələrini dünyaya təqdim etməkdə davam edəcək”,- deyə bildirib.

Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan Qarabağ müharibəsi 44 gün davam etmişdir. 10 noyabr 2020-ci ildə 3 minə yaxın şəhid verərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.

Mövzuya görə xəbərlər