Son dəqiqə

ABŞ Co Bayden

Bayden Amerika ordusuna nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb -The New York Times

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden “Çin təhdidinə fokuslanan gizli nüvə strategiyası” məxfi sənədini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu haqda “The New York Times” qəzetində dərc edilən məqalədə məlumat verilib.

Çinin nüvə texnologiyalarını və silahlarını sürətlə inkişaf etdirməsi həmçinin Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə müharibəsi risqindən dolayı orduya belə bir tapşırıq verildiyi bildirilib.

Qəzet Ağ Evin Baydenin sözügedən qərarını açıqlamadığını bildirib.

Qəzet tərəfindən verilən məlumatda 4 ildən bir yenilənən sənədin məxfi olduğu üçün elektron nüsxəsinin olmadığı bildirilib.

Həmçinin xəbərdə sənədin dərc edilmiş kopyalarının Pentaqonda və digər təhlükəsizlik orqanındaki yüksək rütbəli vəzifəlilərə verildiyi iddia edilib.

Qəzet xatırladıb ki, ABŞ Təhlükəsizlik Şurasının silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması üzrə baş direktoru Pranay Vaddi iyun ayında bu sənədə istinad etmişdi.

Vaddi Rusiya, Çin və Şimali Koreyanı eyni anda çəkindirməyin zəruri olduğunu demişdi.

Əvvəllər Pentaqonda işləyən Vipin Naranq da Baydenin “yenilənmiş sənəd dərc etdirdiyini” iddia etmişdi.

Mövzuya görə xəbərlər