Son dəqiqə

Fransa Emmanuel Makron

Fransa solçuları Makronu istefaya göndərməklə hədələyir

Bakı, TurkicWorld

Fransanın ifrat solçu partiyası olan Boyun Əyməyən Fransa (LFI) partiyası Prezident Emmanuel Makronu istefaya göndərməklə hədələyib.

TurkicWorld xəbər verir ki, solçu partiya Makronu solçu baş nazir təyin etməkdən imtina etdiyinə görə “demokratiyaya qarşı institusional çevrilişdə” ittiham edib.

Makron baş nazir təyinatı ilə bağlı qərarını Paris Olimpiadasından sonra verəcəyini açıqlamışdı.Lakin Olimpiya oyunları başa çatsa da, Makron hələ də baş nazir təyin etməyib.

İfrat solçu partiya bazar günü dərc olunan yazısında Milli Məclisdə ən çox nümayəndəsi olan Yeni Xalq Cəphəsi(Nouveau Front Populaire” – NFP) partiyasından baş nazir təyin etməyəcəyi təqdirdə,Makrona qarşı qanuni tədbirlər görüləcəyini bildirib.

Partiyanın ən radikal lideri Jean-Luc Melenchon da daxil olmaqla, qeyd edilən məktubu imzalayanlar”biz bu açıq məktubu ciddi bir xəbərdarlıq kimi yazırıq”-deyə bildiriblər.

Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa parlamentinə prezident öz vəzifələrini yerinə yetirərkən “vəzifələrinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verərsə” ona impiçment elan etmək səlahiyyəti verir.

Xatırladaq ki, impiçment dövlətə xəyanət, rüşvət qanun pozuntuları və bənzəri hallarda dövlət idarəçilərinin hakimiyyətdən uzaqlaşdırılması prosesinə deyilir.

Mövzuya görə xəbərlər