Son dəqiqə

Beynəlxalq Cüdo Federasiyası Hidayət Heydərov

Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq

Bakı, TurkicWorld

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) qızıl olimpiya çempionu nişanını alacaq.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, söhbət kimononun arxa hissəsində idmançının adının yazıldığı düzbucaqlıdan gedir.

Hidayət dünya çempionatında qalib olduqdan sonra bu statusunu əks etdirən qırmızı yamaq almışdı. Lakin onun Parisdəki qələbə ilə Olimpiya çempionu titulunu alması ilə bu nişanın rəngi qızılla əvəzlənəcək.

Hidayət növbəti olimpiya tsiklində kürəyində çempionluğunu əks etdirən qızıl nişanla yarışacaq.

Mövzuya görə xəbərlər