Bakı. TurkicWorld:
Oktyabrın 24-26-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
İdman.biz Beynəlxalaq Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, ölkəmizi bu yarışda 14 idmançı təmsil edəcək.
Kişi cüdoçuların mübarizəsində tatamiyə Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Ruslan Paşayev, Kəramət Hüseynov (hər ikisi 66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxacaq.
Qadın idmançıların yarışında ölkəmizi Leyla Əliyeva (48 kq), Aydan Əliyeva (52 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) təmsil edəcək.