Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Anar Eyvazov

İl ərzində Müdafiə Nazirliyinə edilən müraciətlərin sayı açıqlanıb

Bu il ərzində Müdafiə Nazirliyinə ümumilikdə 50.000-dən (əlli min) artıq vətəndaş müraciəti daxil olub.

TurkicWorld-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, onlardan 16.000-ə qədəri Müdafiə Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” vasitəsilə qəbul edilib.

"Vətəndaş müraciətlərinin təxminən 70%-i tam və ya qismən icra edilib, 20%-dək müraciətlər müvafiq izahat verilməklə cavablandırılıb, qalanları isə aidiyyəti üzrə yönləndirilərək icraata alınıb", - A.Eyvazov bildirib.

Mövzuya görə xəbərlər