Azad olunmuş ərazilərimizdə tədbirlər keçiriləcək – Fərid Qayıbov

Azad olunmuş ərazilərimizdə tədbirlər keçiriləcək – Fərid Qayıbov

Baku, TurkicWorld

“İl ərzində işğaldan azad olunmuş ərazilərimizdə tədbirlərin keçirilməsi planlaşdırılır”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, bu istiqamətdə federasiyalarla danışıqların aparıldığını bildirib.

“Gənclər və İdman Nazirliyinin təqvim planı var. Bu plana ölkədə keçirilən yerli və beynəlxalq yarışlar daxil olunub. İl ərzində də bir çox tədbirlər bu təqvim planına əlavə olunacaq. İşğaldan azad olunmuş ərazilərimizdə bir sıra beynəlxalq və yerli tədbirlər keçirilib”, – deyə o əlavə edib.

İdman.biz