Son dəqiqə

TİKA Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb

TurkicWorld-un məlumatına görə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar ilə görüşüb.

Görüşdə Fondun prezidenti Aktotı Raimkulova TİKA-nın ümumtürk mədəni irsinin qorunması istiqamətindəki fəaliyyətlərini yüksək qiymətləndirib. Aktotı Raimkulova Fond ilə TİKA arasındakı mövcud qarşılıqlı əlaqələrdən bəhs edərək, əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar Türk xalqlarını birləşdirən vahid irsin beynəlxalq səviyyədə təbliğ və təşviqini zamanın tələbi kimi dəyərləndirib. Serkan Kayalar TİKA-nın Fond ilə işbirliyinin daha da gücləndirilməsinə hər zaman hazır olduğunu qeyd edib.

Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Fondun prezidenti Aktotı Raimkulova və TİKA-nın prezidenti Serkan Kayalar imzalayıblar.

Memorandum ümumtürk mədəni irsinin tanıdılmasına, yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün birgə əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır.

Mövzuya görə xəbərlər