Bakı. TurkicWorld:
Qubada din xadimləri ilə 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilib.
TurkicWorld-un məlumatına görə, dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilib. Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, Quba və Qusar rayonlarından olan din xadimləri iştirak edib.
Müşavirədə din xadimlərinin 2023-cü ildə fəaliyyəti haqqında məlumat verildi, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin edilmiş din xadimlərinin vəzifə təlimatı” haqqında slayd nümayiş etdirildi və qeyd edildi ki, din xadimləri milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində fəaliyyət göstərməli, dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meylləri ilə mübarizə məsələsinə xüsusi diqqət yetirməlidirlər. Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Quba bölgəsi üzrə şöbəsinin fəaliyyəti, 2023-cü ildə keçirilən tədbirlər, əməkdaşlıq edilən qurumlar və informasiya portallları haqqında məlumat verilərək bildirildi ki, 2023-cü il ərzidə şöbənin təşkilatçılığı ilə səksənə qədər müxtəlif formatlı maarifləndirmə tədbirləri keçirib.
Müşavirədə qaşıda duran vəzifələr müzakirə olundu, din xadimlərinin fikirləri dinlənildi.