Paşinyan Zəngəzur dəhlizinin Ermənistandan keçməsini dəstəkləyir - Uraloğlu

Paşinyan Zəngəzur dəhlizinin Ermənistandan keçməsini dəstəkləyir - Uraloğlu

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsini dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"İnkişaf Yolu ilə bağlı layihələri yaxından izləyirik və bunun bütün mərhələlərini həyata keçirəcəyik. Ermənistan ərazisindən də keçməsini planlaşdırdığımız Zəngəzur dəhlizi haqqında "burdan keçə bilməz" deyən Paşinyan, bu gün bu dəhlizin Ermənistan ərazisindən də keçməsini istəyir",- deyə Uraloğlu bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_