Azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub

Azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub

"Yaşıl marafon" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub.

TurkicWorld-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin ərazilərin 32 hektar Zəngilan, 40 hektar Cəbrayıl, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək: "60 hektar bu payız əkin mövsümündə əkiləcək. Hara giriş imkanımız var, həmin ərazilərdə bu işləri həyata keçiririk".