Son dəqiqə

Azərbaycan TEKNOFEST NASA

Azərbaycanlı astrofizik 5 asteroid aşkar edib

Bakı. TurkicWorld:

Teknofest 2022 Azərbaycan Layihə rəhbəri , Azərbaycanlı həvəskar astrofizik Mübariz Abdullayev son 3 ay ərzində apardığı müşahidələr zamanı 5 asteroid aşkar edib.

TurkicWorld-un Sonxeber.az saytına istinadən verdiyi məlumata görə, bu ilin son üç ayda kəşf edilmiş p11GWuo(AZE0001), p11H740(AZE0004) və P11Hg3H(AZE0008) və P21KVWS (AZE0010), P21L9uH (AZE0012) asteroidlər IASC (Beynəlxalq Astronomik Axtarış Əməkdaşlığı ) kataloguna daxil edilib.

"IASC-nin və NASA-nın Citizen Science proqramın üzvü kimi mən həmişə göy cisimlərini və xüsusilə asteroidlər ovuna vaxt ayırıram. Bu niyə bu qədər vacibdir? Çünki Yerə dəyən asteroidlər bütün tarixi boyu planetimizin həyatını dəyişib. Məhz 66 milyon il əvvəl Yer kürəsinin böyük asteroid Chicxulub ilə toqquşması dinozavrların məhv olunmasına səbəb olub .Onu da əlavə etmək lazımdır ki, Yerdəki həyatın mənşəyi ilə bağlı ən geniş fərziyyə ilk mikroorqanizmləri gətirən kometalardan bəhs edir.
Bütün bizim diqqətimizi cəkən asteroidlər Mars və Yupiter arasında yerləşən asteroid qurşağından orta hesabla 72.000 km/saat sürətlə bizə doğru uçur. Bu qurşaqın orbotindən çıxan hər bir böyük asteroidin məlumatlarını kataloqda qeyd etmək Yer kürəsinin müdafiyəsi üçün vacibdir .Ölçüsü 100 m-dən böyük olan asteroidlər potensial böyük təhlükəli hesab olunur. Bununla bərabər ölçüsü 20 m olan bir meteorit 2013-cü ildə Çelyabinsk şəhərin infrastrukturuna əhəmiyyətli zərər verib.

Müşahidələrimdə ABŞ Müdafiə Nazirliyinə məxsus və NASA tərəfindən idarə olunan 1,8 metrlik güzgüləri olan Pan-STARRS iki ədəd panoramik Havay teleskopunun məlumatlarından istifadə edirəm,bundan əlavə, dünyanın digər məşhur teleskoplarına onlayn giriş imkanlarım var. Yeri gəlmişkən, məhz bu rəsədxana 2017-ci ildə dünya mediasında sensasiya yaradan ilk ulduzlararası məsafədən Günəş sisteminə daxil olan Oumuamua adlı asteroidini kəşf edib. Uzunluğu 1 km siqar şəklində olan bu asteroid bəzi dünya elm adamların bunun inoplanet sivilizasiyaların kəşfiyyatçı qəmisi kimi hesab etməsinə səbəb olub.

Bir az ozüm haqqinda.

Müşahidələrimdə bəzən öz 30 sm-lik teleskopumdan istifadə edirəm, lakin ideal səmanı tapmaq üçün süni işıqla çirklənməmiş qaranlıq əraziləri axtarmaq üçün uzun müddət Azərbaycanın rayonlarını gəzməli oluram.
Onu da əlavə edim ki, hazırda Avstraliya Milli Universitetində astrofizika üzrə təhsil alıram.Bakida 2017-ci ildə astronomiya həvəskarları klubu AzAstroClub yaratmışam.MIT-də texniki təhsil almışam, aerokosmik mühəndisəm . BƏƏ-nin Masdar texnoşəhərində 2021-ci ildən aerokosmik startapım var.Mənim öz patentlərim əsasında mikropeyklərin istehsalı ilə fəaliyət qostərirəm. 2025 ilin əvvılində Dubay müştərimizin 6U cubesat tipli iki optik peykini SpaceX Falcon 9 raketi ilə SSO orbitinə buraxacayıq.

Azərbaycanda son 5 ildə ugurla kecirilən layihələr - Robopark Bakutel 2019 (Layihə rəhbəri və Texniki direktror) - Azərbaycanda ilk tam robotik sərqi ,cənab İlham Əliyevə və Birinci xanlma robotik performans təqdimatlar

Teknofest 2021 İstanbul- Azərbaycan pavilyonu - (Layihə rəhbəri,texniki direktor,baş dizayner)

Teknofest 2022 Azərbaycan - Layihə rəhbəri,Texniki direktor, tam festivalın dizayneri .

Mövzuya görə xəbərlər