Qəzzada humanitar atəşkəs elan edilməlidir - Aİ

Qəzzada humanitar atəşkəs elan edilməlidir - Aİ

Bakı. TurkicWorld:

Qəzzada hərbi əməliyyatlarda humanitar atəşkəs elan edilməlidir, bölgəyə yardım çatdırılması prioritetdir.

TurkicWorld xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşü üçün getdiyi Lüksemburqda deyib.

"Qəzzada humanitar fasilə verilməlidir. Humanitar fasilə bu gün müzakirə olunacaq. Bu, humanitar yardımın bölgəyə çatdırılaraq bölüşdürülməsi üçün vacibdir", - Borrell deyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.