Son dəqiqə

İsrail Binyamin Netanyahu

Bu, döyüş deyil, müharibədir - İsrailin baş naziri

Bakı. TurkicWorld:

İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir.

TurkicWorld xəbər verir verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib.

O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.

Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Mövzuya görə xəbərlər