Son dəqiqə

İran İsveç Qurani-Kərim

İsveçdə Qurani-Kərimə qarşı növbəti dəfə təxribat keçirilib

Bakı. TurkicWorld:

İsveçdə Qurani-Kərimə qarşı növbəti dəfə təxribat keçirilib.

TurkicWorld-un məlumatına görə, iraq əsilli Salvan Momika Stokholmdakı İran səfirliyi qarşısında Qurani-Kərimə qarşı çirkin hücum təşkil edib.

Bu zaman polisin mühafizəsi ilə etirazını davam etdirən Momikaya bir qadın yanğınsöndürmə borusu ilə müdaxilə etməyə çalışıb.

Lakin polis müdaxilə edərək qadını zərərsizləşdirib.

Məlumat üçün qeyd edək ki, Salvan 20 polis maşını və 100-ə yaxın polis əməkdaşı ilə hadisə yerini tərk edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər