Son dəqiqə

Simvollar

Yin Yanq simvolunun mənası nədir?

Bakı. TurkicWorld:

Yin Yanq Uzaq Şərqdə, xüsusən də Çində əksliklərin tarazlıqda olduğunu və bir-birinin içində olduğunu izah edən bir anlayışdır.

Bu Asiya bölgəsində, kainat və təbiət arasındakı əlaqəni müşahidə edən və izah edən bir nəzəriyyədir.

Yin Yanq əsasında təbiətdəki hər şeyin ziddiyyət təşkil etdiyi və bu müxalifətlə bərabər irəlilədiyi fikri yatır.

Çin fəlsəfəsinə görə, Yin Yanqdan əvvəl əbədiyyət var idi, daha sonra təbiətdə hər şeyin əksinin var olduğuna inanılan Yin və Yanq adlı iki əks qüvvə meydana gəlib.

Yin və Yanq deyildikdə ağla gələn emblem qara və ağ rənglərdən ibarətdir.

Emblemdəki əyri sonsuz dövrü, dəyişikliyi təsvir edir.

Yin və Yanq müsbət və mənfi dəyərlərin simvollarıdır.

Yanq günəşi, kişini, açıq rəngləri təmsil edərkən, Yin isə qadın, gecə və tünd rəngləri simvollaşdırır.

Hər ikisi bir-birini tamamlayır və birinin digəri olmadan mövcud olması mümkün deyil.

Digər bir sözlə, onların hər ikisini mənalı edən onların arasındakı ziddiyyətdir.

İnanca görə, hər şey ancaq əksi ilə yarana bilər.

Beləliklə, hər Yin daxilində bir Yanq, hər Yanqın içində bir Yin var və həm Yin, həm də Yanq bir-birinə çevrilə bilər.

Daspina Hasanova

Twitter: @Daspina9

Mövzuya görə xəbərlər