Paşinyan Qərblə Rusiyanın əlində bir oyuncağa çevrilib – Telman Qasımov (ÖZƏL)

Paşinyan Qərblə Rusiyanın əlində bir oyuncağa çevrilib – Telman Qasımov (ÖZƏL)

Bakı, TurkicWorld:

Paşinyan Qərblə Rusiyanın əlində bir oyuncağa çevrilib.

Bu sözləri TurkicWorld-a açıqlamasında politoloq Telman Qasımov deyib.

Onun sözlərinə görə, “Paşinyanı "Məxməri-inqilab"- dan sonra hakimiyyətə gəldikdən sonra Qərb dövlətləri onu demokrat kimi qələmə verməyə çalışdılar.

“Guya o adam hakimiyyətə gəldikdən sonra regionda bir çox məsələlərin həll olunmasında iştirak edəcək. Amma təssüflər olsun ki, bu belə olmadı. Əksinə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ məsələləri ilə bağlı konstruktiv danışqlar aparmağın tam əleyhinə olduğunu deyərək, gedib Şuşada, Xankəndində "Qarabağ Ermənistandır" deyə bəyanatlar verdi. Nəticədə Paşinyan və onun komandası müharibə ilə üzləşdi və Azərbaycan ordusu öz gücü və imkanları ilə torpaqlarımızı düşmən işğalından xilas etdi”,- deyə o əlavə edib.

Politoloq bildirib ki, Paşinyan gördüyü dəstəklər nəticəsində uzun müddət hakimiyyətdə olacağını, hətta Qarabağa status da alacağını düşünürdü.

“Amma bu, belə olmadı. 44 günlük müharibədən sonra Ermənistan tərəfi kapitulyasiya aktına imza atandan sonra yenə də 10 noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirmədi. Əsasən də o, həmin anlaşmanın 4-cü bəndinə əməl etmədi. 2 il yarımdır ki, heç bir irəliləyişlər yoxdur”.,- deyə T.Qasimov qeyd edib.

T.Qasımovun sözlərinə görə, Paşinyana müəyyən addımları atmaqda imkan vermirlər.

“Paşinyanın boğazında bir yandan Rusiyanın, digər tərəfdən ABŞ və Qərbin ipi asılıb və hərə öz tərəfinə sürükləyir. O da təcürbəsizliyindən, siyasəti bilimədiyindən bu vəziyyətə gəlib çıxıb. Təsəvvür edin ki, onlar Zəngəzur dəhlizinin açıqlması ilə nə qədər gəlir əldə edəcəkdi. Amma onlar bundan da kənarda qaldılar. Nəticədə Rusiya İranla müqavilə bağladı, Şimal - Cənub layihəsini Rəşt-Astara yolu ilə Çinə, Pakistana, İrana, Hindistana böyük bir layihənin həyata keçirilməsi üçün üç milyarddan artıq kontrakt bağladı. Burada da Ermənistan bu layihələrdən kənarda qaldı. Düzgün siyasət aparmamağın, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyən bir şəxsin yürütdüyü siyasət budur”.,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, Paşinyan Azərbaycan ərazisini tanıdığını təsdiqləyib:

“Bu sahədə və istiqamətdə əsas amil praktiki addımların atılmasıdır. Qarşıda Moskva və Kişinyov görüşü olacaq. Açığı bu görüşlərdəm konkret nəticələr gözləmirəm. Çünki Paşinyan Qərblə Rusiyanın əlində bir oyuncağa çevrilib. Necə deyərlər onların istifadə edəcəyi bir fiqurdur. Bu baxımdan o, Moskvada başqa bir tapşırıq, Kişiniyovda başqa bir tapşırıq alacaq. Yəni adam konkret və qətiyyətli bir lider deyil ki, ondan nəsə gözləyək. Əslində, onu idarə edən qüvvələr olmasa, o da istəyər ki, bu məsələ həll olunsun və birdəfəlik canını qurtarsın. Paşinyan özü də bezib və çox gücsüzdür. Çünki Qarabağda Rusiya aktoru daha güclüdür. Hazırda keçiriləcək görüşlərdə sülhlə bağlı hər hansı bir qərarın veriləcəyi və sənədin imzalanmasına inamım yoxdur”,- deyə politoloq qeyd edib.

Mehriban Xəlilli
@MXalilbekova