Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında bildirilib.

“Bişkekdə keçirilən ŞƏT Zirvə Görüşü çərçivəsində Baş nazir Narendra Modi ilə ikitərəfli gündəliyimizlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Azərbaycan Prezidenti paylaşımında qeyd edib.

Mövzuya görə xəbərlər