Son dəqiqə

Prezident İlham Əliyev

Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edilib

BAKI,TurkicWorld

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Xəzər Fərhadov buna qədər Azərbaycanın Pakistandakı səfiri vəzifəsində çalışırdı.

Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mövzuya görə xəbərlər