Son dəqiqə

Prezident İlham Əliyev

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edilib

BAKI,TurkicWorld

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"yə dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Mövzuya görə xəbərlər