Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton Əli Əkbər Vilayəti Fars Körfəzi İranın ali rəhbəri

ABŞ-ın sərgüzəştçi addımlarına dərhal cavab veriləcək - Əli Əkbər Vilayəti

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Fars körfəzi bölgəsində gərginliyin yenidən artmasına görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, Vilayəti sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ Prezidenti Donald Trampın Vaşinqton ilə Tehran arasında imzalanmış müvəqqəti anlaşmanın ləğv edildiyini bəyan etməsinin bölgəni yenidən müharibə təhlükəsi ilə üz-üzə qoyduğunu bildirib.

Əli Əkbər Vilayəti qeyd edib ki, İran daha əvvəl də bölgənin bəzi dövlətlərin siyasi oyun meydanına çevrilməsinə qarşı xəbərdarlıq edib.

Onun sözlərinə görə, İran istənilən sərgüzəştçi addıma dərhal cavab verməyə hazırdır və bunu dəfələrlə nümayiş etdirib.

Vilayəti əlavə edib ki, İran hər an cavab vermək imkanına malikdir və ölkəsi təhqir və hərbi təzyiqlər qarşısında susmayacaq.

Mövzuya görə xəbərlər