Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Rövşən İsmayılovu Ədliyyə Akademiyasına rektor təyin edib

BAKI,TurkicWorld

Rövşən İsmayılov Ədliyyə Akademiyasına rektor təyin edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilsin

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər Sərəncamla, Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Mövzuya görə xəbərlər