Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi

Dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili və ləğvinə Azərbaycan Prezidenti qərar verəcək

BAKI, TurkicWorld

Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında (bundan sonra kredit təşkilatı) həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ olan şəxslərin siyahısı genişləndirilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, sözügedən kredit təşkilatlarının yenidən təşkili və ləğvinə Azərbaycan Respublikasının Prezidenti qərar verəcək.

Həmçinin, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirəcək.

Mövzuya görə xəbərlər