BAKI,TurkicWorld
Azərbaycanın Kosmik Agentliyi (Azərkosmos) və dünyanın aparıcı peyk rabitəsi şirkətlərindən biri olan Viasat Inc. arasında uçuş zamanı internet xidmətlərin (IFC – In-Flight Connectivity) göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərkosmosdan məlumat verilib.
Müqaviləyə əsasən Viasat və Azərkosmos Azərbaycan ərazisində fəaliyyət göstərən hava yollarına müasir, yüksək sürətli və etibarlı uçuşdaxili internet xidmətlərini təqdim edərək müştəri və tərəfdaşlara daha effektiv xidmət göstərəcək.
Bu razılaşma rəqəmsal xidmətlərin genişlənməsinə, hava nəqliyyatında rabitə imkanlarının gücləndirilməsinə və sərnişin təcrübəsinin daha da inkişaf etdirilməsinə töhfə verəcək.
Həmçinin tərəfdaşlar arasında Daşkənddə keçirilən Kosmik Texnologiyalar Konfransı (“STC 2026”) çərçivəsində işgüzar görüş keçirilib, müqavilənin təfərrüatları və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.







