Son dəqiqə

Prezident İlham Əliyev Hərbi prokurorluq Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsi Bəhruz Əhmədov

Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb

BAKI, TurkicWorld

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanı, general leytenant Namiq İslamzadə ilə birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş zamanı hərbi prokuror Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığından, hazırkı dövrdə hərbi hava qüvvələrinin əhəmiyyətindən bəhs edib.

Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı, nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün nizam-intizamın yüksək səviyyədə olması tələb olunur.

Hərbi qulluqçular Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

Mövzuya görə xəbərlər