Bakı, TurkicWorld
İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistan üçün bu günə qədər düzgün addımlar atmaq üçün kifayətdir.
TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
Ancaq unutmamalı olduğumuz bir məsələnin olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: "Bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər".