Son dəqiqə

Prezident İlham Əliyev

Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

TurkicWorld xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mövzuya görə xəbərlər