Bakı. TurkicWorld:
Parisdə Beynəlxalq Enerji Agentliyinin (BEA) qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyana həsr olunmuş "COP29-BEA enerji keçidi yüksək səviyyəli dialoq" adlı konfrans işə başlayıb.
TurkicWorld xəbər verir ki, toplantıda müxtəlif ölkələrin aidiyyəti nazirləri, COP 26, 27, 28 və 29-un prezidentləri, beynəlxalq təşkilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri iştirak edirlər.
Konfransda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, eləcə də, digər nazirlər və COP prezidentləri çıxış edəcək, enerji keçidinə dair fikirlərini bölüşəcəklər.