Son dəqiqə

Qırğızıstan Bişkek

Bişkekdə xeyriyyə yarmarkası keçiriləcək

Bakı, TurkicWorld:

Bişkekdə Novruz bayramına həsr olunmuş dünyanın müxtəlif ölkələrinin mətbəxlərinin və suvenirlərinin təqdim olunacağı xeyriyyə yarmarkası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Bişkek meriyasının mətbuat xidmətində qeyd olunub.

Yarmarkada Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi və xarici diplomatik nümayəndəliklər iştirak edəcək.

Qeyd edək ki, yarmarka zamanı satışdan əldə olunan gəlir, xeyriyyə təşkilatlarına ayrılacaq. Tədbir ictimaiyyətə açıq keçiriləcək.

Mövzuya görə xəbərlər