Qırğızıstanla ABŞ ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Qırğızıstanla ABŞ ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Bakı. TurkicWorld:

Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov ABŞ-ın ölkədəki səfiri Lessli Viqerini qəbul edib.

TurkicWorld-un məlumatına görə, Akılbek Japarov Lessli Viqerini Qırğızıstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

“Biz hər zaman Qırğızıstan-ABŞ əməkdaşlığının gələcək inkişafları ilə maraqlanırıq.” - deyə o bildirib.

Görüş zamanı tərəflər yaşıl iqtisadiyyat, iqlim, informasiya texnologiyaları və kreativ iqtisadiyyat sahəsində layihələrə xüsusi diqqət yetirməklə yanaşı ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Əlavə olaraq, ABŞ səfiri Lessli Viqeri ikitərəfli münasibətlərin gələcək inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib.