Son dəqiqə

BMT İsrail Qırğızıstan Sadır Japarov Qətər Qəzza zolağı Qəzza HƏMAS Doha İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza müharibəsi 2025 Qəzza məsələsi

Qırğızıstan Prezidenti Dohadakı raket hücumlarını pisləyib

BAKI, TurkicWorld,Fərid Mikayılov

Qırğızıstan Prezidenti Sadır Japarov Qətərin paytaxtı Dohada 9 sentyabr tarixində baş verən raket hücumlarını qınayıb.

TurkicWorld xəbər verir ki, prezidentin bəyanatında qeyd olunub:

“Bu cür hərəkətlər beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərini pozur, həmçinin Qətər dövlətinin ərazi bütövlüyünə və suverenliyinə zərbə vurur.”

Çərşənbə axşamı Dohada partlayış səsləri eşidilib. İsrail qırıcı təyyarələrinin Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan hava zərbəsi endirdiyi açıqlanıb. Hadisə, Qəzza ilə bağlı atəşkəs razılaşması üzrə aparılan danışıqlara yeni zərbə kimi qiymətləndirilir.

İsrail ordusu yayımladığı açıqlamada “dəqiq zərbə” endirildiyini, hədəfin isə HƏMAS rəhbərliyi olduğunu bildirsə də, hücumun konkret məkanı barədə məlumat verməyib.

Mövzuya görə xəbərlər