Son dəqiqə

Çin Qırğızıstan Akılbek Japarov

Akılbek Japarov Çinə rəsmi səfər edəcək

Bakı,TurkicWorld

Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov iyunun 25-dən Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinə işgüzar səfərə gedəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində A.Japarov “Çin-Avrasiya EXPO: İpək Yolunda yeni imkanlar və Avrasiya üçün yeni canlılıq” tədbirinin səkkizinci beynəlxalq sərgisində iştirak edəcək.

İkitərəfli görüşlər çərçivəsində siyasi, iqtisadi, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıqlar müzakirə olunacaq.

Bundan əlavə, A.Japarovun böyük korporasiya və şirkətlərin rəhbərləri ilə görüşü gözlənilir.

Görüşlər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Mövzuya görə xəbərlər