Son dəqiqə

Qırğızıstan

Bişkekdə idman və xeyriyyə festivalı keçiriləcək

Bakı, TurkicWorld:

Mayın 26-da Bişkekdə Qırğızıstanın Qızıl Aypara Cəmiyyəti idman və xeyriyyə festivalı keçirəcək.

TurkicWorld xəbər verir ki, festival sağlamlıq imkanları məhdud uşaqlar üçün vəsait toplamaq məqsədi daşıyır.

Xatırladırıq ki, 2018-ci ildə Qırğızıstanın Qızıl Aypara Cəmiyyəti Talas rayonunda daun sindromlu, autizmli və serebral iflicli uşaqlar üçün Reabilitasiya Mərkəzi tikib.

Mövzuya görə xəbərlər