Bişkekdən Dubaya uçuşlar təxirə salınıb

Bişkekdən Dubaya uçuşlar təxirə salınıb

Bakı. TurkicWorld:

Bişkekdən Şarja və Dubaya uçuşlar təxirə salınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Manas hava limanının mətbuat xidməti açıqlayıb.

Məlumata əsasən, Bişkekdən Əbu-Dabiyə isə uçuş gecikir.

Qeyd edək ki, aprelin 16-da səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərində güclü yağışlar başlayıb. Pis hava şəraiti ilə əlaqədar hava limanları Dubay Beynəlxalq Hava Limanı da daxil olmaqla uçuşları təxirə salmağa başlayıb. Tədbirlər ölkə daxilində təxirə salınır.

X: Lamanasadli01