Son dəqiqə

Türkiyə Qırğızıstan Akılbek Japarov

Qırğızıstan türk sahibkarlara biznes üçün hər cür şərait yaratmağa hazırdır

Bakı. TurkicWorld:

Qırğızıstan türkiyəli sahibkarlara rahat biznes qurmaq üçün hər cür şərait yaratmağa hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri - Qırğız Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov Qırğızıstan-Türkiyə biznes forumunda iştirak etmək üçün Bişkekə gələn bir sıra türk şirkətlərinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Məlumata əsasən, görüş zamanı yüngül sənaye, tibb, əczaçılıq və təhsil sahələrində perspektivli layihələrin praktiki olaraq həyata keçirilməsinə qarşılıqlı maraq göstərilib.

Qıröızıstan Nazirlər Kabinetinin rəhbəri əldə olunmuş razılaşmaların praktiki surətdə həyata keçirilməsinin zəruriliyini qeyd edib və əlavə edib ki, Qırğızıstan tərəfi türkiyəli sahibkarların Qırğızıstan Respublikası ərazisində rahat şəkildə biznes fəaliyyətini həyata keçirməsi üçün hər cür şərait yaratmağa hazırdır.

Bu görüş Nazirlər Kabinetinin rəhbərinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada aparılan danışıqların davamı olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər