Bakı. TurkicWorld:
Rusiya Bişkek İES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına kömək etməyə hazırdır.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bildirib.
"Problemin tezliklə həll olunacağına inanıram. Biz öz tərəfimizdən qəzanın nəticələrinin aradan qaldırılmasında Qırğızıstana kömək etməyə hazırıq”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek İstilik Elektrik Stansiyasında yanğın baş verib.
Hadisə nəticəsində beş işçi xəsarət alıb.