Bakı. TurkicWorld:
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Bişkekdə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovla görüşüb.
TurkicWorld xəbər verir ki, E.Tatar Japarova Kipr problemi, Kipr probleminin gəldiyi mərhələ, Kiprə qarşı edilən haqsızlıqlar, beynəlxalq problemlər, iki dövlətli həll siyasətinin səbəb və əsasları barədə məlumat verib.
Məlumata əsasən, E.Tatar, həmçinin, Qırğızıstandan Şimali Kiprə dəstəyini artırmasını istəyib.
Bundan əlavə, Tatar Qırğızıstan prezidentinin illər əvvəl Şimali Kiprə səfər etdiyini, Kipr məsələsini yaxşı bildiyini və Kipr türklərinə edilən haqsızlıqların nə demək olduğunu çox yaxşı bildiyini də qeyd edib.







