Bakı. TurkicWorld:
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Qırğızıstana səfər edib.
TurkicWorld xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Məlumata əsasən, Ersin Tatar Qırğızıstan-Türkiyə Manas Universitetinin təşkil etdiyi konfransda iştirak etmək üçün ölkəyə şəxsi səfərlə gəlib.