Son dəqiqə

Türkiyə Qırğızıstan Bişkek

Qırğızıstanda Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Bakı. TurkicWorld:

Qırğızıstanın paytaxtı Bişkekdə 29 oktyabr Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

TurkicWorld-un məlumatına görə, Atatürk Parkında keçirilən mərasim Atatürk abidəsi önünə əklil qoyulması, bir dəqiqəlik sükutla yad edilməsi və İstiqlal Himninin oxunması ilə başlayıb. Mərasimdə Türkiyənin Bişkekdəki səfirliyində çalışan diplomatlar, Qırğızıstan-Türkiyə Manas Universitetinin rəhbərləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bişkek Koordinasiya Ofisi, Şimali Kipr Türk Cümhuriyyəti Bişkek Nümayəndəliyi, Türkiyə Nazirliyinə tabe olan təhsil müəssisələrinin rəsmiləri iştirak ediblər. Mərasimdə çıxış edən Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadıq Doğan bildirib ki, Cümhuriyyətimizin ikinci əsrini qarşılamanın həyəcanı, qüruru və sevinci ilə yaşayırıq. İndi daha güclü Türkiyənin olduğunu bildirən Doğan, bundan bir əsr sonra Türkiyənin üçüncü əsrinə hazırlaşacaq övladlarının və nəvələrinin Türkiyənin min ili boyu eyni inanc və iradə ilə hər cür təhlükəyə qarşı inadla yollarına davam edəcəklərini qeyd edib. Bundan əlavə qeyd edək ki, Türkiyənin Bişkekdəki səfirliyi sabah 29 Oktyabr Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul təşkil edəcək.

Mövzuya görə xəbərlər