Bakı. TurkicWorld:
Qırğızıstan prezidenti Sadır Japarov Finlandiya prezidenti Sauli Niinistö ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
TurkicWorld-un məlumatına görə, ölkə liderləri beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Sadır Japarov əməkdaşlığın bütün prioritet istiqamətləri üzrə Qırğızıstan-Finlandiya əlaqələrinin inkişafına diqqət çəkib və birgə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı Qırğızıstan prezidenti Finlandiya tərəfini “yaşıl” enerji sahəsində əməkdaşlıq qurmağa dəvət edib.
Finlandiya prezidenti cavab olaraq iki ölkənin mənafeyi naminə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, Sauli Niinistö iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafı üçün Qırğızıstan Respublikası ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Ölkə liderləri regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.
Tərəflər iki ölkənin coğrafi məsafəsinə baxmayaraq, Qırğızıstan və Finlandiya arasında daha geniş əməkdaşlıq üçün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər.