Son dəqiqə

Finlandiya Rusiya Avropa Aleksandr Stubb Finlandiya Rusiya münasibətləri

Rusiya Avropa üçün bir nömrəli təhdiddir - Finlandiya prezidenti

BAKI,TurkicWorld

Rusiya Avropa üçün bir nömrəli təhdiddir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Finlandiyanın prezidenti Aleksandr Stubb çıxış edib.

O, Rusiyanın Qərbin təhlükəsizliklə bağlı əsas probleminin olduğunu vurğulayıb.

"Rusiya Avropa üçün və bütövlükdə Qərb dünyası üçün bir nömrəli təhdiddir. Rusiya Qış müharibəsi və Davam müharibəsi (SSRİ-Finlandiya müharibəsi / 1941–1944-red.)zamanı bizi işğal etməyə cəhd göstərib. Biz Rusiyanın qonşuları arasında həqiqi müstəqilliyini qoruyub saxlaya bilmiş yeganə ölkə olmuşuq. Bununla belə, ərazilərimizin on faizini itirmişik", - deyə Stubb bildirib.

Mövzuya görə xəbərlər